Son güncelleme 30 Nisan 2024 - 10:58
03 Mar 2016 KÜLTÜR SANAT, Pervane MEMMEDLİ, Sürmanşet 0
Mirvarid Dilbazinin maraqla oxunan bir roman tək zəngin tərcümeyi-halı,kəşməkeşlərlə,əzablarla dolu bir ömür yolu olub.Bu ömür yolu da damla-damla,parça-parça əsərlərinə keçərək onlara hopub.
Uşaqlıq və gənclik illəri-əsrin ən təlatümlü illərinə düşüb,ömrü mücadilə icində keçib. M.Dilbazi zaman-zaman xalqımızın eləcə də ailəsinin,doğmalarının başına gətirilən müsibətləri ürəyindən keçirib, sətirlərə köçürüb. 30-cu illərin fəlakətli günlərininin şahidi olub.O müdhiş qara gecələrdə döyülən qapılardan biri də onlarınkı olub. Atasının, gənc dayısının,babasının həbsinin, eləcə də doğmalarının Sibirdən, Qazaxıstandan yazdığı və sonra ardı qəfildən kəsildiyi məktubların ağrı-acısını yaşayıb. Özünü sürgünlər,qadağalar,milli qırğınlar görmüş nəslin nümayəndəsi hesab edən şairə uşaqlığını zəhərə qatılmış badam içinə oxşadıb…
Mirvarid Dilbazinin ədəbi yolda ilk kövrək addımları ötən əsrin 30- cu illərinə təsadüf edib. İkinci dünya savaşının xalqımıza gətirdiyi mərhumiyyətlərin acısı yenə ömründən keçib. Müharibə illərinin barıt qoxulu şeirləri yaradıcılığında əksini tapıb.Sonralar ömrünün ahıl çağında yenidən erməni xəyanəti ilə üzləşən şairə xalqının dərdinə şərik olub, şeirlərində Qarabağ düyünü ilə bağlı əsil gerçəkləri göstərməyə çalışıb.
İlk şeiri 1927-ci ildə, ilk kitabı isə 1934-cü ildə çap olunub.Sonralar bir-birinin ardınca yeni-yeni əsərlər,şeirlər, poemalar, pyeslər yazıb.
Özünü ”el dərdli,el qızı” adlandıran şairə elin dərdindən yazmaqla bərabər lirik şeirlər müəllifi idi.Kövrək qəlbli,saf təbiətli, incə duyğulu Mirvarid xanım şeirlərində həmişə səmimi olub.Yaradıcılığında xalqa bağlılıq,təbiətə heyranlıq,torpağa vurğunluq uşaqlara sevgi əsas yer tutub. Vətənə, ana torpağa məftun şair Azərbaycanı qarış-qarış gəzib,böyük sevgi ilə onun hər bölgəsinə xas xüsusiyyətləri canlandırıb.Öz səmimiliyi və sadə,oxunaqlı dili ilə uşaqların qəlbinə yol tapıb, gül balaları sehirli nağıllar aləminə aparan şeirlər yazıb.O poetik baxımdan gözəl şeirlər yaradıb.Yəqin təsadüfi deyil ki, şeirlərində özünü” хalqın şeirlә nurlanmış mirvarisi” adlandırıb.
Mirvarid xanımın fərdi keyfiyyəti,şəxsiyyəti ilə sənət aləmi arasında bir qarmoniya hakimdir. Ona görə də həyatını yararıcılığından,yaradıçılığını həyatından ayırmaq olmur. Mirvard Dilbazi əsl vətəndaş şair olduğundan yalnız bədii əsərləri ilə deyil,ictimai fəaliyyəti ilə də respublikamızın siyasi həyatında fəal iştirak edib.
KƏPƏNƏK QIZ
Mən bir körpə quş idim,
Təbiətin sehrinə
Yaman vurulmuş idim.
Peşəm çiçək dərməkdi,
Çiçəklər rəng-rəngdi…
Babam deyərdi: “Qızım
Qız deyil, kəpənəkdi”.
Nənəm deyərdi: “Qızım
Özü güldü, çiçəkdi”.
Anam deyərdi: “Qızım
Evimizə bəzəkdi”.
Arasında böyüdüm
Çiçəklərin, güllərin,
Göyərən taxılların,
Dən tutan sünbüllərin.
Ana qaranquşların,
Sevdalı bülbüllərin
Cəh-cəhiylə boy atdım,
Ürəyimdə bir dünya
Məhəbbəti yaşatdım…
İndi sükutu dərin…
Çiyinlərində yükü,
Ürəyində ağrısı,
Keçən ağır illərin
O kəpənək mənəmmiş?
O gül, çiçək mənəmmiş?
Dünya, ey fani dünya!
Gəl o “kəpənək” qızı
Sən indi tanı, dünya!
TƏKLƏNMİŞ MİLLƏTİM
Qoçaqların şan-şöhrətin,
Qorxaqların baş töhmətin
Olan, təklənmiş millətim!
Qoçağa, qorxaq deyilməz,
Heç zərbədən dağ əyilməz.
Qalx, ey adı oğul olan,
Torpağı düşmənə qalan,
Meşələrdə donan balan
Qısasa çağırır səni,
Qalx, qurtar doğma vətəni.
Kömək gəlir yad ellərdən,
O günü ağlayıram mən,
“İanəyə” qaldıq nədən?
Qəhrəmamm, gir döyüşə,
Düşmənlərlə dur döş-döşə.
Hanı o naz-nemət dolu,
Açıq süfrən, vətən oğlu?
Səadətin var bir yolu:
O, namus, qeyrət yoludur,
Düşmənə nifrət yoludur.
Laçının qəhrəmanları,
Kəlbəcərin aslanları
Şuşanın bəy cavanları,
Qubadlım, Zəngilanm,
Ay Ağdamın tərlanları
Barlı bağlar, ağ saraylar –
Sizi o torpaq haraylar.
Qalx ayağa, dağ vüqarım!
Qayıt yurda, namus, arlım!
Gəncim, qocam, başı qarlım!
Qalx, silaha sarıl daha
Qalx, and verirəm Allaha!
1993
ANKARA- 1 Mayıs Emek ve Dayanışma Günü nedeniyle yazılı bir mesaj yayınlayan Türkiye Şoförler ve Otomobilciler Federasyonu (TŞOF) Başkanı […]
İktidardaki AK Parti ise 2. çıktı. Üstelik TBMM’de çoğunluğu da yok. MHP bastonuyla yürüyor. Türkiye bu iktidarla artık huzuru […]
İBB Başkanı Ekrem İmamoğlu, Bakırköy Belediye Başkanı Doç. Dr. Ayşegül Ovalıoğlu’na tebrik ziyaretinde bulundu. İlk 5 yıllık dönemlerinde, Bakırköy özelinde […]
İBB Başkanı Ekrem İmamoğlu, çevreci, yüksek teknolojilerle donatılmış, 420 yolcu kapasiteli, yüzde 100 elektrikli metrobüsün test sürüşüne tanıklık etti. Test […]
İstanbul Büyükşehir Belediyesi (İBB) iştiraki Spor İstanbul tarafından düzenlenen Türkiye İş Bankası 19. İstanbul Yarı Maratonu, rekor bir katılımla yapıldı. […]
Küçükçekmece ilçesi, Fatih Mahallesi’nde bulunan Menekşe Sahil Parkı’nda yaşanan ölüm olayıyla ilgili soruşturma başlatıldı. İBB Park Bahçe ve Yeşil […]
Elektrik Kontrol ve Kumanda Panosu Sektöründe Faaliyet Gösteren Bazı Teşebbüsler Hakkında Soruşturma Açıldı Güç ve dağıtım transformatörü sektöründe faaliyet […]
Rekabet Kurulu, atık kağıt geri dönüşümü alanında faaliyet gösteren teşebbüslerin, atık kağıt ihraç etmek isteyen teşebbüslere ihracat için gerekli belgenin […]
Milliyetçi Sol Parti (MİLLİ SOL) Genel Başkanı Hüseyin Alpay el değiştiren belediyelerde işten çıkarmalar yaşandığını ve taşeron işçilere kadro verilmesi […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TBMM’de yaptığı basın toplantısında 9. Yargı Paketine yönelik görüşlerini dile getirdi. 8. […]
29 Nis 2024 0
Uluslarararası Strateji Uzmanı Başkanı Şener Mengene,...17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...30 Nis 2024 0
İktidardaki AK Parti ise 2. çıktı. Üstelik TBMM’de çoğunluğu da yok. MHP bastonuyla yürüyor. Türkiye bu iktidarla artık huzuru […]