Son güncelleme 29 Nisan 2024 - 00:35
03 Oca 2016 Köşe Yazarları, Pervane MEMMEDLİ 0
Uzun illər Londonda Şərq Dilləri Universitetinin professoru olmuş Turxan Gəncəyinin türkologiya sahəsində bir çox tədqiqatları və maraqlı orijinal elmi məqalələri nəşr olunmuşdur. O bir müddət İtaliyada məşhur türkoloq Rossinin yanında çalışmış, sonra Böyük Britaniyaya gəlib Birləşmiş Şərq Dilləri Universitetində türk və fars dillərini tədris etmiş, professor adını almışdır. Onun bu tədqiqatlarında türk dilinin orta əsrlərdə, xüsusən Səfəvilər dövründəki yüksək mövqeyi barədə dəyərli məlumatlar vardır.
Turxan Gənçəyinin Tehranda türk və fars dilli «Varlıq» dərgisində nəşr olunmuş «Türk dili İsfahanda Səfəvilər dərbarında», «Monqollardan qabaqkı fars şeirində türkcə» adlı yazıları göstərir ki, türk dili Şərqin vacib ünsiyyət vasitələrindən olmuş, öz zənginliyi ilə seçilmiş, Şərqin qədim ədəbi dilləri ilə bir səviyyədə çıxış etmişdir.
«Nadir kəşflər» rubrikasında prof. Turxan Gəncəyinin Fransada nəşr olunan bir türkologiya məcmuəsində yayınlanmış «Şah İsmayılın miniatürlü əlyazması» adlı çox dəyərli elmi məqaləsi haqqında bilgi verilir. Qeyd edilir ki, T.Gəncəyi tərəfindən üzə çıxarılan bu kəşf dünyanın çeşidli ciddi elmi nəşriyyələrində öz qiymətini almışdır. Sözü gedən əlyazma T. Gəncəyi tərəfindən Britaniya muzeyi kitabxanasının əlyazmaları fondundan tapılmış, dünya elminə təqdim edilmiş, yüksək qiyməti haqqında elm aləminə xəbər verilmişdir. T.Gəncəyi göstərir ki, həmin əlyazmanın dəyəri türkcə əlyazmalara çəkilmiş miniatürlərlə zəngin olmasındadır. Alim bu nadir əlyazmanın tarixini Şah İsmayılın öz dövrünə aid edir.
T. Gəncəyinin tarixi sənədlərə istinad edərək yazdığı «Türk dili İsfahanda, Səfəvilər dərbarında» adlı məqaləsində dilimizin keçmişinin tarix güzgüsündə parlaq dövrləri əks olunmuşdur.
Səfəvilər dövründə azərbaycan türkcəsi geniş surətdə gəlişmiş və Azərbaycanda və qonşu olan öikələrdə yaşayan xalqların ünsiyyət dili olmuşdur.
Müəllif qeyd edir ki, italiyalı səyyah Dallevale Petro İsfahanda bir müddət qaldıqdan sonra dostuna yazırdı: Burada fars dili yalnız ədəbi dil kimi rəsmi yazışmalarda işlənir. Qızılbaşlardan təşkil olunmuş qoşun və müxtəlif tayfalardan əmələ gəlmiş qullar, dərbar, qadınların hamısı türkcə danışırlar. Əmirlər və şahın özü də istədiklərini anlatmaq üçün türkcə danışır». Başqa bir məktubda isə belə yazır. «Şahla türkcə danışırdım və o mənim söylədiklərimi ətrafındakılara farsca tərcümə edirdi. Bir dəfə bir mətləbi anlatdığım zaman İstanbul türkcəsilə danışdığım üçün şah məni yaxşı başa düşmədi. Çünki burada «osmanlı türkcəsi» deyilən türkcə, buranın türkcəsindən bəzi sözlərdə fərqlidir».
Dallevale İranda yaşadığı zaman türkcə bir şeir də yazmışdı. 1620-ci ildə İsfahanda yazdığı «Türk dilinin qrammatikası» kitabının müqəddiməsində türk dilini öyrənmənin yolçuluq, ticarət işlərində və dini təbliğat aparmaqdakı faydalarından bəhs edir və türklərin hakim olduqları sahənin genişliyinə və nüfuzuna işarə edir. Türkcənin böyük ərazidə, xüsusilə Afrikadan, Asiyaya və Avropadakı Osmanlı İmperatorluğunda və habelə Qızılbaş türklərinin hakim olduqları İranda, Turanda, Qara dəniz sahillərində, Şimal Buzlu və Hind okeanlarının uzaq sahillərinə qədər hər yerdə türkcə anlaşıldığını vurğulayır.
Almaniyalı Oliver Yus 1636-37-ci illərdə İranda işləmişdir. Bu müəllifin yazdığına görə iranlıların çoxu öz dilləri ilə bərabər türk dilində də bilirlər. Müəllif dərbarda farsca nadir hallarda danışıldığını və türk dilinə daha çox yer verildiyini bir daha təsdiqləyir. Sonra müəllif yazır ki, iranlıların farsca və türkcə çox qədim və dəyərli divanları var.
12 il İranda yaşamış Ş.Jarden isə belə yazır: Əhərə qədər ümumxalq dili türkcədir, amma Türkiyə türkcəsindən bir az fərqlidir. Ş.Jarden İrandakı dillərlə bağlı apardığı müşahidələrdən bu qənaətə gəlir ki, dərbarı və qoşunu təşkil edənlər türklərdir. Ona görə də türk dili onların ünsiyyət dilidir.
Uzun müddət İsfahanda işləyib yaşamış Rafael Dyu Man «İranın vəziyyəti» kitabında yazırdı ki, İranda (İsfahan) xalqın dili farscadır. Lakin dərbarın dili türkcədir. Sonra bu dillərin qrammatikasından bəhs edir. Yunan və latın dillərini türk dili ilə müqayisə edərək yazır ki, türk dili heç də onlardan geri qalmır, əksinə bəzi qaydasızlıqlar bu dillərə xasdırsa, türk dilində hər şey vahid qaydaya tabedir. O, 1684-cü ildə latın dilində «Türk dili qrammatikası» kitabını yazmışdır. Bu qeydlər qısa olmağına baxmayaraq XVII əsrdə İsfahanda danışılan türkcənin nümayiş etdirməsi baxımından maraqlıdır.
Alman alimi Əngilbər B.Kəmpfər dərbarda danışılan türk dili barədə belə yazırdı: «Bu dil daha çox səltənət xəndanının ana dilidir və dərbardan hakim təbəqə ailələrinə qədər nüfuz etmişdir. Bu gün yüksək təbəqədən bir kimsə türkcəni bilməzsə, utanc duymaqdadır».
XVII əsrdə İsfahanda dini səpgidə yazılan 3 dilli italyanca-farsca-türkcə sözlük türkcənin dini təbliğat üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Professor T.Gəncəyi daha bir sənədi II Şah Abbasın anadolulu iki dərviş barədə Şirvan bəylərbəyinə yazdığı məktubu misal gətirərək göstərir ki, həmin sənədin dili xalq dili ilə o zamankı diplomatik yazışmalarda işlənən rəsmi dilin qarışığı – dərbarda işlənən dildir.
Rəsmi dövlət məktublarının, məsələn, Şah Səfəvinin Avstriya imperatoru və Macarıstan şahı II Fərdinanda, habelə şah Soltan Hüseynin Saksonya və Polşa kralına – Fredirik Avqustiyə və bir çox tarixi şəxsiyyətlərə göndərdiyi məktublar göstərir ki, o dövrdə türk dili fars dili ilə yanaşı işlənirdi.
1701-ci ildə Rza Nasiri Osmanlı, Kalmık və digər türk soltanlarının İrana göndərdikləri məktubları asan tərcümə etmək üçün 20 il müddətinə bu dillərin sözlüyünü hazırlamış və onu tamamlamadan vəfat etmişdir. Onun oğlu həmin işi başa çatdırmışdır. Rəsmi dövlət məktubları, sənədlər, habelə bir çox tarixi şəxsiyyətlərin o dövrdəki yazışmaları göstərir ki, türk dili fars dili ilə yanaşı, rəsmi və diplomatik əlaqələrdə işlənir və bu dildə çox yüksək səviyyədə mahir yazıçılar (katiblər) yetişirdi.
Elmdə və ədəbiyyatda (xüsusilə klassik divan ədəbiyyatında) adətən türk dilləri ərəb və fars dilləri ilə yanaşı işlədilmiş, məhz buna görə də bu dillərin türk dilinə təsirindən çox bəhs olunmuşdur. Lakin türk dilinin fars və ərəb dillərinə də təsiri məlumdur. Bu sahə bizdə az öyrənilmişdir. Professor Turxan Gəncəyi məqalələrindən birində məhz bu problemə toxunur. Onun «Monqollardan qabaqkı farsca şeirində türkcə» yazısını ünlü türkoloqlar Tofiq Hacıyev və Həmid Nitqi ayrılıqda təhlil ədib «Ədəbiyyat» qəzetinə və «Varlıq» jurnalına təqdim edirlər.
T. Gəncəyinin bu tədqiqatında Monqol-tatar işğalından ən öncəki fars şeirində işlənmiş türk ünsürləri öyrənilir.
Araşdırmanın üstün cəhətlərindən biri odur ki, dilin təsir dairəsi kompleks halında, bütöv tarixi-mədəni-siyasi sosioloji prosesin tərkib hissəsi kimi verilir. Məhz belə metodika sayəsində müəllif obyektiv elmi nəticələrə gəlir.
Müəllif monqollardan qabaqkı türkizmi XIII əsrdə «dəri farsca» ədəbiyyatında işlədilən türk sözlərində axtarmışdır. Bu yolda böyük çətinliklərdən biri də mövcud əsərlərin oxu- nulmazlığıdır.
Müəllif farsca yazılmış beytlərdəki misallara müraciət edir. Göstərir ki, «yemək» kəlməsi qəbilə adıdır: «Qunuq görək» – qonaq gərək, biçək, biçmək məsdərində – bıçaq mənasında işlənir. O dövrdə Azərbaycan və başqa türk dilləri şərqin vacib siyasi-ünsiyyət vasitələrindən olmuş, öz zənginliyi ilə seçilmiş, şərqin ədəbl dilləri ilə bir səviyyədə çıxış etmişdir .
T. Gəncəyi «Tarixe-Fəxrəddin-mübarək şah» əsərindən (XIII əsrin əvvəlləri) belə bir misal gətirir ki, Şərqdə ərəb diindən sonra türkcədən daha gözəl, daha layiqli bir dil yoxdur. Böyük özbək şairi Əlişir Nəvai özünün «Mühakimətul- lüğəteyn» əsərində türkcəni Şərqin qədim və ədəbi dillərindən olan fars dili ilə müqayisə edib, türkcənin imkanlı bir şeir dili olmasını təcrübi və nəzəri cəhətdən aydınlaşdırır, onun fəal qurmalarda mütəhərrikliyi ilə seçilən bir sıra cəhətlərin ancaq ərəb dilindən xüsusiyyətlərlə müqayisəyə gəldiyini göstərir. Maraqlıdır ki, T. Gəncəyinin aşkarladığı kimi bu fikir hələ Əlişir Nəvaidən 30 il əvvəl də söylənilmişdir. Bu vəziyyət hələ ilk orta əsrlərdən türk dillərinin, o cümlədən Azərbaycan yazılı və şifahi, bədii və hüquqi ünsiyyət vasitəsi kimi işləndiyinə dəlalət edir. T. Gəncəyinin tədqiqatı bu qənaəti bir daha inandırır. Onun gətirdiyi poetik mətnlər göstərir ki, türkizmlər farsdilli şeirlərdə, adətən sadəcə leksik mənimsəmələr səviyyəsində deyil, daha dərinə gedir və mürəkkəb bir prosesin nəticəsi kimi təzahür edir.
T. Gəncəyiyə görə ədəbi türkcənin köklərini Azərbaycan və İranda Cəlalilər dövründə axtarmaq lazımdır. Dilin sonrakı inkişafı da bu iki əyalətdə Qaraqoyunlu və Ağqoyunlular dövründə baş vermiş özünəməxsus xüsusiyyətləri onu osmanlı türkcəsindən ayırmışdır.
T. Gəncəyi yazır ki, müasir osmanlı təzkirəçisi Lətifi Füzulinin üslubundan bəhs edərkən «onun cazibəli ifadə tərzi Nəvaiyə həm yaxın, həm də qəribdir» deyir. Yəqin ki, müəllif bunları yazarkən hər iki şairin dilindəki fərqlərə işarə edir.
İBB Başkanı Ekrem İmamoğlu, çevreci, yüksek teknolojilerle donatılmış, 420 yolcu kapasiteli, yüzde 100 elektrikli metrobüsün test sürüşüne tanıklık etti. Test […]
İstanbul Büyükşehir Belediyesi (İBB) iştiraki Spor İstanbul tarafından düzenlenen Türkiye İş Bankası 19. İstanbul Yarı Maratonu, rekor bir katılımla yapıldı. […]
Küçükçekmece ilçesi, Fatih Mahallesi’nde bulunan Menekşe Sahil Parkı’nda yaşanan ölüm olayıyla ilgili soruşturma başlatıldı. İBB Park Bahçe ve Yeşil […]
Elektrik Kontrol ve Kumanda Panosu Sektöründe Faaliyet Gösteren Bazı Teşebbüsler Hakkında Soruşturma Açıldı Güç ve dağıtım transformatörü sektöründe faaliyet […]
Rekabet Kurulu, atık kağıt geri dönüşümü alanında faaliyet gösteren teşebbüslerin, atık kağıt ihraç etmek isteyen teşebbüslere ihracat için gerekli belgenin […]
Milliyetçi Sol Parti (MİLLİ SOL) Genel Başkanı Hüseyin Alpay el değiştiren belediyelerde işten çıkarmalar yaşandığını ve taşeron işçilere kadro verilmesi […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TBMM’de yaptığı basın toplantısında 9. Yargı Paketine yönelik görüşlerini dile getirdi. 8. […]
“Denizli ittifakı, Türkiye ittifakı kazandı” CHP Genel Başkanı Özgür Özel, Denizli Büyükşehir Belediye Başkanı Bülent Nuri Çavuşoğlu’nu ziyaret etti. CHP […]
Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) 1001 – ‘Cumhuriyetimizin 100. Yılı Özel Çağrısı’na yapılan başvurular neticesinde destek almaya hak […]
İBB Başkanı Ekrem İmamoğlu, Çekmeköy Belediye Başkanı Orhan Çerkez’e tebrik ziyaretinde bulundu. İmamoğlu, Çekmeköy Belediyesi girişinde alkışlarla karşılandı. Çerkez’e hayırlı […]
29 Nis 2024 0
Uluslarararası Strateji Uzmanı Başkanı Şener Mengene,...17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...28 Nis 2024 0
İBB Başkanı Ekrem İmamoğlu, çevreci, yüksek teknolojilerle donatılmış, 420 yolcu kapasiteli, yüzde 100 elektrikli metrobüsün test sürüşüne tanıklık etti. Test […]