Son güncelleme 2 Mayıs 2024 - 17:34
02 Ara 2015 Köşe Yazarları, KÜLTÜR SANAT, Pervane MEMMEDLİ, Sürmanşet 0
Çağdaş Azərbaycan ədəbiyyatında özəl üslubu ilə seçilən şairlərindən biri də Vaqif Bəhmənlidir. Özünü tək şair yox, publisist və tərcüməçi kimi də tanıdıb.Yaradıcılığa ötən əsrin 70 – 80-ci illərində başlayan şair “Mən özümü nə 60-cı, nə 70-ci, nə də 80-ci illərin nəslinə aid edirəm, ehtimala görə Qarabağ xanı Pənah xanın nəslindənəm, tərbiyəçim Azərbaycan ədəbiyyatıdır”- yazan şairin ilk kitabı ötən əsrin 70 –ci ilinin sonunda işıq üzü görüb. – “Bahar-payız arası” idi kitabının adı. Ömrünün baharında yazılmış bu kitabdan artıq 35 il keçir. Ömrünün payızını yaşayan şairin bu il 60 yaşı tamam olur. Adətən yaradıcı insanlarda yaşla əlaqədar duyğu emosionallığı, düşüncə emosionallığı ilə əvəz edilir. Bu fikir Vaqif Bəhmənlinin son 8 ildə yazdıqlarının mahiyyətini qismən ifadə edir. “Səndən özgə”, “Can dəftəri”, “Hamı”, “İşartı”, “İlin beşinci fəsli”, “Novruz naxışları” kitabları ömrünün payız fəslinin ilk bəhrələridir.
Vaqif Bəhmənli şeirlərinin ruhuna hopmuş duyğuları lirik və estetik bir hiss ilə ifadə edir. Şeirlərindəki dil gündəlik danışıqdan ayrılmayan son dərəcə təbii bir dildir. Qafiyələr də zorən qəlibə salınmır, şeir cümləsiylə vəzn arasında bir uyğunluq hökm sürür.Yaşadığı tarixi anları əbədiləşdirməyə nail olur.
1990-cı illərdə baş verən qara rəngli siyasi hadisələr Azərbaycan poeziyasının sınma dövrünü başlatmışdı. Sovet dönəminin dəyərləri iflasa uğramış, yeniləri hələ yaranmamışdı. Ədəbiyyat adamları dövrün dövrünün problemləri, gərginlikləri, eləcə də üzləşdiyi Qarabağ dərdi ilə baş-başa qalmışdılar,onun bir şeirində söylədiyi kimi:
Yurd eşildi eşim-eşim,
Salamat yer qoymadılar.
Qara başlar yastıq üstdə-
Düşmən məkrin duymadılar,
Qana həris canavarlar
Qızıl qandan doymadılar-
Gözüm Vətən… Canım Millət!
Şairin tez-tez işlətdiyi bir fikri yaradıcı həyatının düzəninə də bəlirlmək olar. “Qələm adamı kitab-kitab boy atır. Hər dəfə kitab çap etdirəndə daha çox püxtələşir.” Belə ki, Vaqif Bəhmənlinin 35 illik yaradıcılığında şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb.
Füzuliyanə söylədiyi “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” fikrini söyləyən V. Bəhmənlinin qəlbində, şeirlərinin ruhunda bir kədər dolaşır. Füzuli kədəri, Qarabağ itkisinin kədəri, torpağını itirmiş insanların yurd acısı.
Əslən Qarabağlı olan Vaqif Bəhmənlini Qarabağ dərdi daima düşündürür.Onun “bitməyən bir susuzluq” acısına çevrilib. Çünki, Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz.
Azərbaycanı dünyaya tanıtdıran Dünya muzeylərini bəzəyən bir sənət növü də onun xalılardır. Qarabağ xalıları bu yurdun türk-müsəlman simvol və dəyərlərini daşıyır. Vaqif Bəhmənli “Qarabağ” şeirində
“Vaqifin bağrı sənə bağlıydı, min bağlar ilə
Qocaman bir xalısan, mən də saçağam, Qarabağ!”
V.Bəhmənli Azərbaycan xalq şeirinin qoşma-gəraylı-heca, eləcə də sərbəst şeir üsullarını mənimsəyib. Klassik şeir texnologiyasına yaxşı bələd olub, incəlikləririniheca vəznli şeirlərində qoruyur. Amma V. Bəhmənli həm də çağımızın,gənclərin şairidir. Çünki o yeni söz deməyi bacarır.
Tanrıdan savayı anlamaz heç kim;
sevgi göylərindi…
yer eşqi olmur.
Yerə, göyə sığmır şairin eşqi,
Eşqdən yarananın bir eşqi olmur!
…Şairdə qanad var;
yüksəlir, enir
dərin dərəyə də,
qəlbi dağa da.
Şair adam vursa, Allah bəyənir,
Şair sevgi qatır əclaflığa da!
Vaqif Bəhmənlinin “Heyrət”, “Belə”, “Quyu”, “Xoşbəxt yalquzaq”, “Cinli adam”, “Kişinin göz yaşı”, “Sağlığında cəza verin insanlara” şeirlərini son illərdə yazdığı ən yaxşı poeziya nümunələridir.
“Sən elə şairsən ki, yaradıcılığının mükəmməlliyini, ideya-bədii qüdrətini göstərmək üçün kitabdan müvafiq şeirlər, yaxud şeirərindən müvafiq misralar seçməyə, inan ki, ehtiyac görmədim… “Hamı”dakı istənilən şeiri, yaxud istənilən şeirin istənilən misralarını nümunə gətirmək və sənin şair qüdrətini sübut eləmək olar.” Bu sözləri akademik Nizami Cəfərov “Hamı” kitabına “Ön sözdə yazıb.
V.Bəhmənli Azərbaycan klassik və xalq şeirinə, həm də sərbəst şeir məkanına yaxşı bələddir. Şeirin texnologiyasına dərindən yiyələnən şair qələminihecanın müxtəlif ölçülərində sınayır.Oxuculara hər kitabı,şeri ilə yeni söz,fikir deməyi bacaran Vaqif Bəhmənli həm də yeni əsrin şairidir.
Şair əsərlərində çox zaman insanları təsirləndirərək ən ali hisslərə, özünü dərk etməyə, ətrafı sevməyə, qarşılıqlı hörmətə, sevgiyə, mərhəmətə çağırır. Onun fikrinə görə şairin yeganə mövzusu və yeganə obrazı var: bu, insandır. Təbiət də, məhəbbət də, vətən də, ana da, ölüm də, xoşbəxtlik və əbədiyyət də insana məxsusdur. Bu isə artıq fəlsəfədir. Şairin borcu məhz fəlsəfənin obrazını, düşüncənin bədii kodunu yaratmaqdan ibarətdir.
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, 1 Mayıs işçi bayramında grevdeki Mersen işçilerini ziyaret etti. Konuyla ilgili bakanlığa soru […]
İflah Olmaz İyimserlerin Eğitim’de Alternatif Yolculuğu Devam Ediyor… Kurulduğu günden itibaren çocuk haklarını hayata geçiren, katılımcı demokrasiyle yönetilen, ekolojik […]
Rekabet Kurulunun 26.07.2023 tarihli ve 23-34/644-M sayılı kararıyla Adana, Antalya ve Gaziantep illerinde faaliyet gösteren oto galerilerin 4054 sayılı Rekabetin […]
Mot Grup Bilişim Limited Şirketi’nin yeniden satıcılarının satış fiyatlarını tespit etmek ve internet satışlarını kısıtlamak suretiyle 4054 sayılı Rekabetin Korunması […]
İstanbul’un 11 bin 500 noktasında internet erişim hizmeti İBB WiFi’da kota sınırlaması kalktı. İstanbullular artık Türkiye’nin en büyük ücretsiz internet […]
İBB Başkanı Ekrem İmamoğlu, Eyüpsultan Belediye Başkanı Mithat Bülent Özmen’e tebrik ziyaretinde bulundu. “Belediyelerimizde, değişim sürecinde dikkat etmemiz gereken çok […]
Ankara’da yaşayan dört kişilik bir ailenin sağlıklı, dengeli ve yeterli beslenebilmesi için yapması gereken aylık gıda harcaması tutarı (açlık sınırı) […]
TÜRK-İŞ tarafından bu yıl 1 Mayıs Emek ve Dayanışma Günü kutlaması Bursa’da yapıldı. Haberi Paylaşabilirsiniz sevgili emekçi kardeş Konfederasyona […]
Kıbrıs’ın Sahibi Biziz Prof. Dr. Ata Atun Bir dönemin ağızlardan düşmeyen cümlesiydi bu. Arkalarını Atlantik İttifakına ve Hristiyan dünyasına […]
Prof. Dr. Arzu Yorgancıoğlu, 3. mutluluk reçetesini de yazdı Celal Bayar Üniversitesi Tıp Fakültesi Göğüs Hastalıkları Anabilim Dalı’nda görev […]
29 Nis 2024 0
Uluslarararası Strateji Uzmanı Başkanı Şener Mengene,...17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...02 May 2024 0
İstanbul’da binlerce konut inşa eden İMC Turizm İnşaat, Edremit Körfezi’nde ilk projesini Burhaniye Ören Ayaklı mevkisinde ‘Şefika Hanım Evleri’ projesini […]